Sosial həyat

"AzərEnerji" su qıtlı ilə bağlı tədbirlərini genişləndirir

Son illərdə su anbarlarında, çaylarda, o cümlədən Xəzər dənizində su səviyyəsinin düşməsi "AzərEnerji"nin balansında olan su elektrik stansiyalarında enerji istehsalının azalmasına  sudan soyutma məqsədi ilə istifadə edilən istilik elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir edir. Bu səbəbdən su ehtiyatlarından səmərəli planlı istifadə edilməsi, ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində koordinasiya olunur.

Bu barədə qurumdan verilən məlumatda bildirilir ki, su qıtlığına görə fəaliyyətini dayandırmaq təhlükəsilə üzləşən ölkənin ən böyük elektrik stansiyalarında qabaqlayıcı tədbirlər görülərək kompleks işlər həyata keçirilir. Belə ki, Xəzər dənizində su səviyyəsinin kəskin düşməsinə görə ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq "Şimal" Elektrik Stansiyasında dənizin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın 2 yerdə su nasos stansiyalarının tikintisi aparılır. Qeyd olunur ki, buna qədər "AzərEnerji" tərəfindən "Sumqayıt" Elektrik Stansiyasında 750 metr uzunluğunda estakada su nasos stansiyası tikilərək istismara verilib. Kür çayında su səviyyəsinin enməsinə görə ölkənin üçüncü böyük elektrik stansiyası olan "Cənub" Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib Şəmkir Su Anbarında su itkisinə səbəb olmaqla yanaşı, real təhlükə mənbəyinə çevrilən 160 metr uzunluğunda 3 tuneldən ibarət su tullayıcı qurğu tamamilə yenidən qurulub

Ölkədə elektrik enerjisinə tələbatın pik dövrləri yay qış fəsillərinə təsadüf edir. Ona görə sudan energetika məqsədləri üçün istifadənin suvarma kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılması həm məhdud su ehtiyatlarına qeyri-suvarma dövründə qənaət etməyə, həm su elektrik stansiyalarında istehsalı artırmağa imkan verir.

"Respublika".