Azercell-in eksklüziv tərəfdaşlığı ilə
Digər xəbərlər

Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu-2023" keçirilib

Lider mobil operator yarışın qaliblərini mükafatlandırıb

May ayının 7-si Heydər Əliyev Fondunun təşəbbüsü "Azercell Telekom" MMC-nin eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu - 2023" baş tutub. 19500 idmansevər "Küləyə qalib gəl" şüarı ilə həyata keçən, start finiş nöqtələri Dövlət Bayrağı Meydanında olan bu yarışa qatılıb. Həm Azərbaycandan, həm dünyanın fərqli ölkələrindən marafonçuları bir araya gətirən tədbirdə yarışçılar 21 kilometr məsafəni qət ediblər.

Azercell-in dəstəyilə keçirilən marafonda rəqəmsal xronometrdən (timekeeper) istifadə olunub. Marafonçuların nişan nömrələrinə yerləşdirilmiş bu xüsusi mikroçiplər nəticələrin maksimal dəqiqliyini təmin edərək onların dərhal qeydə alınmasını mümkün edib.

Azercell idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədilə 2017-ci ildən etibarən bu mötəbər tədbirə tərəfdaşlıq edir. Ənənəvi olaraq bu il təşkil edilən marafona "Azercell Telekom" MMC-nin prezidenti rəhbər heyəti, eləcə şirkət əməkdaşları Azercell-in korporativ abunəçiləri qatılıb.

"Azercell Telekom" azərbaycanlı qalibləri xüsusi hədiyyələrlə mükafatlandırıb. Mobil operator finiş xəttini keçən ilk üç qadın üç kişi atletə mobil telefon hədiyyə edib. Ənənəyə sadiq qalaraq tədbirin tələbə iştirakçıları da diqqət mərkəzində olub. Azercell qalib tələbələrə (bir qadın 1 kişi olmaqla) 010 prefiksli gözəl nömrə, 5GB İnternet, 6 aylıq pulsuz istifadə müddəti olan "GəncOl" tarif paketi çanta təqdim edib. Digər marafonçulara da şirkət tərəfindən xüsusi hədiyyələr verilib.

Ülvi QARAYEV,

Respublika”.