Azərbaycanlı deputat AŞPA alt-Komitəsinin sədr müavini seçilib
Digər xəbərlər

Azərbaycanlı deputat AŞPA alt-Komitəsinin sədr müavini seçilib

Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun İnsan Hüquqları üzrə alt-Komitəsinin sədr müavini seçilib.

AZƏRTAC xəbər verir ki, AŞPA qış sessiyası çərçivəsində qurumun komitə iclasları keçirilir. Bu gün İnsan Hüquqları üzrə alt-Komitənin hibrid formatda keçirilən iclasında Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Kamal Cəfərov həmin komitənin sədr müavini seçilib.

AZƏRTAC