Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub

Sentyabrın 15-də ölkəmizdə səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub.

Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Görüşdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, Azərbaycan-Türkiyə arasında sarsılmaz dostluq münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir. Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətlərinin xüsusi rolu var.

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu və birgə fəaliyyət nəticəsində mövcud əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Bəkir Şahin ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.