Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq mövcuddur
Siyasət

Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq mövcuddur

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Belqradda Azərbaycan səfirliyi tərəfindən 28 may - Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova 1918-ci il mayın 28- Azərbaycan xalqının müsəlman Şərqində ilk demokratik parlament respublikasını təsis etməsindən danışıb. Diqqətə çatdırıb ki, həmin dövrdə ilk parlament hökumət, dövlət atributları yaradılıb. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkənin siyasi, iqtisadi mədəni inkişafının təmin olunmasında əsas rol oynayıb.

Ötən il Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu deyən S.Qafarova bildirib ki, bu illər ərzində ikitərəfli əlaqələr dinamik inkişaf edib.

Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi, ticarət humanitar sahələrdə, eləcə enerji sektorunda sıx əməkdaşlıq mövcuddur.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında münasibətlərə mühüm müsbət təsir göstərən amillərdən biri parlamentlərin qarşılıqlı fəaliyyətidir.

Tədbirdə, həmçinin regionda mövcud vəziyyət barədə məlumat verilib, Azərbaycanın azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başladığı vurğulanıb. Eyni zamanda, Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün məhz Azərbaycanın Ermənistana sülh sazişi təklif etdiyi bildirilib.