Azərbaycanın xarici işlər naziri belaruslu həmkarı ilə telefonla danışıb
Digər xəbərlər

Azərbaycanın xarici işlər naziri belaruslu həmkarı ilə telefonla danışıb

Dekabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir Sergey Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Belarusun bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov Belarus xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.