Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
Siyasət

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tezliklə tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

AZƏRTAC