Azərbaycanın və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub
SİYASƏT

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin milli müdafiə naziri yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi, bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

AZƏRTAC