Azərbaycanın və Fələstinin XİN rəhbərlərinin Ramallahda görüşü keçirilib
Siyasət

Azərbaycanın və Fələstinin XİN rəhbərlərinin Ramallahda görüşü keçirilib

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin xarici işlər xaricdə yaşayan fələstinlilər üzrə naziri Riyad Əl-Maliki ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Fələstin arasında mövcud ikitərəfli çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov dostluğa, həmrəyliyə qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin inkişafında Azərbaycan Fələstin arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən siyasi dialoqun mövcudluğunun əhəmiyyətli rol oynadığını söyləyib.

Söhbət zamanı Azərbaycan ilə Fələstin arasında ikitərəfli əsasda müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, turizm digər sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin, çoxtərəfli əsasda isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin mövcudluğu məmnunluqla qeyd edilib. Bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisinin təsis olunması ilə bağlı Sərəncamının iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm rol oynayacağına dair inam ifadə olunub.

Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik sabitliyə hədə olan, bölgədə ciddi humanitar böhrana səbəb olan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə iki dövlət modeli əsasında həllini dəstəklədiyi vurğulanıb.

Postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bölgədə sülh təhlükəsizliyin bərqərar edilməsi, o cümlədən Ermənistan ilə sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylərin davamlı olaraq Ermənistanın təxribatları ilə üzləşməsinə baxmayaraq, ölkəmizin bu sahədə fəaliyyətini davam etdirməkdə qərarlı olduğunu bildirib.

Nazir Riyad Əl-Maliki Azərbaycan Fələstin arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərindən bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, iki dövlət arasında keçirilmiş siyasi məsləhətləşmələrin mövcud siyasi dialoqa böyük töhfə verdiyi qeyd olunub. Ölkəmizin Fələstinə humanitar dəstəyi yüksək qiymətləndirilib, bu sahədə dəstəyin artırılmasının vacibliyi vurğulanıb. Azərbaycanın Fələstin tələbələri üçün ayrılan təhsil təqaüdü yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.