Azərbaycanın və Fələstinin XİN rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət

Azərbaycanın və Fələstinin XİN rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər

Martın 30-da Ramallahda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin xarici işlər xaricdə yaşayan fələstinlilər üzrə naziri Riyad Əl-Maliki görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, "Azərbaycanın Fələstinin azadlıq uğrunda səylərini dəstəkləməsini alqışlayırıq", - deyən Riyad Əl-Maliki Azərbaycanın Fələstinin dost ölkələr olduğunu qeyd edib. Görüşdə ikitərəfli əlaqələrin inkişafı yollarını müzakirə etdiklərini vurğulayan nazir fələstinli tələbələr üçün təhsil proqramı təqdim etməsinə Fələstində məktəb inşa etmək təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib. Riyad Əl-Maliki yaxın vaxtlarda Fələstində Azərbaycan nümayəndəliyinin açılışının olacağını deyib.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın Fələstində nümayəndəliyinin açılması iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə çıxaracaq. Nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Fələstin Dövlətinə təşəkkürünü ifadə edərək, ölkəmizin Fələstinin sülh sabitlik istiqamətində səylərini dəstəklədiyini bildirib. Ceyhun Bayramov Azərbaycanın Fələstin İsrail arasında dialoq sülh danışıqlarının tərəfdarı olduğunu deyib.

Azərbaycanın xarici işlər naziri iki ölkənin münasibətləri inkişaf etdirmək əzmində olduğunu bunun üçün aktiv məsləhətləşmələr aparıldığını söyləyib. O, nazir müavinləri səviyyəsində tezliklə növbəti məsləhətləşmələrin keçiriləcəyi barədə məlumat verib.