Azərbaycanın sülh təklifinə təxribatçı cavablar Hayastanı məhvə aparır
Digər xəbərlər

Azərbaycanın sülh təklifinə təxribatçı cavablar Hayastanı məhvə aparır

İkinci Qarabağ müharibəsində qələbə qazanmağımız halal haqqımız, tarixi ədalətin bərpasıdır. Bu qələbə ilə Azərbaycan Ermənistan tərəfindən ərazilərinə olan hərbi təcavüzə son qoydu. 30 illik işğal altında olan tarixi torpaqlarını azad etdi. Baxmayaraq ki, işğal dövründə torpaqlarımız hər cür istismar talan olunub, yenə biz öz humanistliyimizi göstərdik. Müharibəni döyüş bölgəsində, hərb meydanında apardıq. Dinc əhaliyə qarşı diqqətli davrandıq.

Ərazi bütövlüyümüzü bərpa edib işğalçı dövləti sərhədlərimizi tanımağa dəvət etdik. Bütün hallarda barışdırıcı mövqe tutan Azərbaycan ta əzəldən Ermənistanı sülhə dəvət etmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək sürüşüb aradan çıxan Ermənistan kənar qüvvələrin havasına oynadı. Azərbaycan yenə səbir, hövsələ göstərərək sülh yolundan çəkinmədi. Ölkəmizin sülh, barışıq təklifi bu gün öz qüvvəsində qalır.

44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni vəziyyət yarandı. Dağılıb, talan edilmiş ərazilərin yenidən qurulmasını, həyatın bərpa edilməsini dövlətimiz heç bir kənar müdaxilə olmadan, öz iqtisadi gücü hesabına həyata keçirir. Son 200 illik bir məsafədə ermənilərin azərbaycanlıların başına olmazın müsibətlərini açmasına, 30 il işğal altında saxladığı ərazilərimizi xarabazara çevirməsinə, Xocalı faciəsi kimi misli görünməmiş cinayət törətməsinə, Qərbi Azərbaycan ellərini, mahallarını tamamilə erməniləşdirərək, insanları yurd-yuvalarından didərgin salmasına baxmayaraq, yenə dövlətimiz humanitar mövqeyini qoruyub saxladı. Sülh təklifi ilə çıxış etdi, Ermənistanı barışığa dəvət edərək, xain əməllərindən əl çəkməyə çağırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgədə sülhün təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımlar atdı. Bütün çıxışlarında bəyan etdi ki, Cənubi Qafqazda sülhün təminatı, kommunikasiyaların bərpası yeni əməkdaşlıq formatının yaradılması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması mütləqdir. Azərbaycan Prezidentinin bu təklifinə Ermənistan əvvəlcə razılıq verməsə , sonda proseslərin gedişatı onu göstərdi ki, reallıqlar qaçılmazdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər sülh sazişi bağlamaq yolunda təkanverici qüvvə oldu. Azərbaycan Prezidenti sülh müqaviləsi ilə bağlı 5 prinsipi müəyyənləşdirərək qarşı tərəfə təqdim etdi. Müəyyən tərəddüdlərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin təkliflərini qəbul etdiklərini açıqladı. Brüsseldə keçirilən 4- görüşdə isə tərəflər arasında razılıq əldə olundu.

Lakin son zamanlar baş verən proseslər onu göstərdi ki, Ermənistanın sülh sazişinə gəlmək fikri yoxdur. Yenə öz xain, məkrli məqsədində qalır. Havadarlarına arxalanaraq xain planlarını həyata keçirməyə çalışır. Bu gün hadisələr eyni formada davam edir. Qarabağa gizlin yollarla silahlı dəstələr yerləşdirilir. Fürsət düşdükcə minalar basdırılır. Dünyaya isə yalan məlumat verilir ki, guya Azərbaycan Qarabağda yaşayan erməniləri blokadada saxlayır. Əlbəttə, bunlar hamısı yalandır. Artıq dünya da Ermənistanın yalançı göz yaşlarına inanmır. Əslində bu ölkə özü hələ bölgədə gərginliyi saxlamağa terror əməllərinə davam etməyə çalışır. Hələ ötən il sentyabr ayının 12-dən 13- keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ermənistanla sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədildi.

Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə, Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid oldu. Bütün bu kimi cəhdlərin qarşısını almağa çalışan Azərbaycan tərəfi yenə səbir hövsələ nümayiş etdirir. Ölkəmiz heç zaman müharibə istəməyib, hər zaman münaqişəni sülh yolu ilə həll etməyin tərəfdarı olub. Lakin görünən odur ki, Ermənistan öz tamahının qurbanı olaraq xaricdən aldığı yalançı vədlərə aldanır. Bu isə onu hər gün bir az da məhvə, süquta yaxınlaşdırır. Başını sığallayan havadarlarının məqsədli qurbanına çevrilir. Bu il martın 5- yenə Ermənistan Azərbaycan ərazilərində təxribat törətməyə çalışdı.

Düşmən ölkə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə silah sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməyə cəhd etmişdir. Azərbaycan Ordusunun bölmələri tərəfindən yoxlanması üçün saxlanılan nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstənin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni silahlı birləşmələrinin üç üzvü məhv edilmiş, biri isə yaralanmışdır. Maraqlıdır, Ermənistan tərəfindən silahlandırılan bu quldur dəstə Azərbaycan ərazisinə necə daxil olub? Sözsüz ki, bu da növbəti erməni təxribatlarından biridir.

Ramidə YAQUBQIZI,

"Respublika".