Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Sosial həyat

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 4-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Sonra nazir Rəşad Nəbiyev Gürcüstanın Qəhrəmanlar Meydanını ziyarət edib, bu ölkənin azadlığı və suverenliyi uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla anıb.

Ziyarətlər zamanı nazir Rəşad Nəbiyevi Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

AZƏRTAC