Azərbaycanın müdafiə sənayesi naziri Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb
Siyasət

Azərbaycanın müdafiə sənayesi naziri Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

AZƏRTAC