Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib
Digər xəbərlər

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə İstanbulda keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün qardaş ölkəyə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov “İDEF-2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

AZƏRTAC