Azərbaycanın möhkəmlənən sərhədində düşməni narahat edən nədir?
Siyasət

Azərbaycanın möhkəmlənən sərhədində düşməni narahat edən nədir?

Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətinə nəzər salarkən belə qənaətə gəlmək olur ki, ortada görünməməyə çalışan, əslində isə bəlli üçüncü qüvvə canfəşanlıq edir. Onun maraqları nəyə söykənir, nədən qaynaqlanır, sözsüz ki, bu da məlumdur.

Qafqazın sakit, rəvan vəziyyəti böyük iddialarda olan ölkələri narahat edir. Əgər bölgədə dayanıqlı asayiş bərpa olunub, sülh şəraiti yaradılsa, söz sahibi məhz Azərbaycan olacaq. Çünki Qafqazda sabitlik, asayiş mehriban qonşuluq şəraitində yaşamağa maraq göstərən ən böyük qüvvə Azərbaycandır. Ölkəmiz Qarabağ torpaqlarını işğaldan azad etdiyi kimi, sərhədlərinin qorunmasını da mükəmməl şəkildə təşkil edir. əlbəttə ki, qonşu dövlətləriəsasən Ermənistanı sərhədlərini tanımağa hörmətlə yanaşmağa dəvət edir. Əslində, istər Ermənistan dövləti, istərsə xalqı dolayısı ilə qoyulan şərtlərlə razılaşır. Ancaq həm çəkinir, bəzən yumşaq desək, qorxur. Onları qəti addım atmaqdan çəkindirən isə əvvəldə qeyd etdiyimiz üçüncü qüvvədir. Qarşı tərəf, yəni Ermənistan sadəcə anlamır ki, Azərbaycan sərhədlərini tanımaq qoyulan şərtləri qəbul etməklə özünün taleyini yaxşı mənada həll etmiş olur.

Son dövrlər baş verən  müharibə münaqişələr nəticəsində dünya düzənində yaranan problem çətinliklər bir çox dövlətləri iflic vəziyyətinə salıb. Onlardan biri Ermənistandır. Ölkə müharibədən sonra daha acınacaqlı vəziyyətdədir, vətəndaşlar iki cəbhəyə bölünüb. Bir qisim Qarabağdan gələn ermənilər, digərləri isə yerli ermənilərdi. Xalq arasında narazılıq artıq pik həddədir. Yerli əhali gəlmələri qəbul etmək istəmir, gəlmələr isə hakimiyyətin səriştəsizliyinin əziyyətini çəkir. Hakimiyyət isə nədənsə qorxur, çəkinir. Daxilində olan problemləri həll etmək əvəzinə, Azərbaycan sərhədlərinə göz dikir, hansısa təxribata cəhd edir. Paşinyan hakimiyyəti 44 günlük Vətən müharibəsinin şokundan ayılmamış, Azərbaycanla sərhəddə təxribatlar törətməyə çalışır. Ya gizli yollarla mina basdırılmasına cəhd edir, ya da hansısa silahlı dəstələri Qarabağ ərazisinə keçirməyə çalışır. Əlbəttə ki, bu cəhdlərin qarşısı Azərbaycan sərhədçiləri, əsgərləri tərəfindən vaxtında alınır. Bütün bunlar onu göstərir ki, erməni xisləti, xain düşüncəsi hələ dəyişməyib. Onlar bizdən fərqli olaraq heç regionda sülhün, barışığın tərəfdarı deyillər. Azərbaycan Ermənistandan fərqli olaraq heç bir ərazi iddiasında deyil, əksinə, öz sərhədlərinin, torpaqlarının bərpası bölgənin sülh şəraitində yaşaması üçün mübarizə aparır.

Aprel ayının 23- Laçın-Xankəndi yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin növbəti qələbəsidir. Bu, Qarabağ torpaqları işğaldan  azad ediləndən sonra ən önəmli vacib hadisələrdən biri oldu. Eyni zamanda, ölkə başçımız İlham Əliyevin qətiyyətli düzgün hesablanmış siyasətinin nəticəsidir. Laçın yolunda postun yaradılması bütünlüklə Azərbaycanın ərazi bütövlüyü uğrunda atılan ən böyük tarixi hadisələrdəndir. Artıq möhkəmlənən sərhədlərimizdə üçrəngli bayrağımız dalğalanır bu dövlətimizin sərhəd quruculuğunun  mükəmməlliyinin təntənəsidir.

Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin  təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin növbəti dəfə pozulması cəhdinin qarşısı alınıb. Nəticədə, Ermənistanın 2 hərbi qulluqçusu saxlanılıb. Görünür, Ermənistan onun rəhbərliyi mayın 25- Ali Aviasiya İqtisadi Şurasının geniştərkibli iclası zamanı gülünc vəziyyətə düşməyini ölkə müxalifətinin kəskin etirazları ilə qarşılaşmasının heyfini bu yolla çıxır. Müharibədəki qələbəmizdən sonra Ermənistanın belə cəhdləri dəfələrlə olub. Hər dəfə sülh danışıqlarından sonra ermənilərin bu kimi təxribatları baş verirBu isə Ermənistanın həm döyüş meydanındahəm diplomatik cəbhədə Azərbaycana uduzduğunu həzm edə bilmədiyini göstərir. Nəticədə, Ermənistan çıxış yolunu sərhəddə təxribat törətməkdə görür.

Ramidə YAQUBQIZI

"Respublika".