Elm və təhsil

"Azərbaycanın gənc qurucuları" adlı ilk layihə əsaslı öyrənmə olimpiadasının final mərhələsi keçirilib

İyunun 6-da ADA Universitetində Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə "Azərbaycanın gənc qurucuları" adlı ilk layihə əsaslı öyrənmə olimpiadasının final mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağın bərpası şagirdlərin gözü ilə" şüarı altında keçirilən olimpiadada Bakı Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın 37 şəhər rayonundan 5-7 nəfərdən ibarət komandalar şəklində ümumilikdə 735 şagird işğaldan azad edilmiş ərazilərin bərpası yenidən qurulması istiqamətində hazırladıqları layihələri təqdim ediblər.

Olimpiada iştirakçılarını qonaqları salamlayan ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal layihənin əhəmiyyətini vurğulayarkən onun ərsəyə gəlməsində ADA Qazax Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib.

Olimpiadanın regional layihə olduğunu söyləyən prorektor bu təşəbbüsün 40-dək rayonu təmsil edən 235 komandadan 800-ə yaxın şagirdi bir araya gətirdiyini ifadə edib. Əlavə edib ki, həmin layihələrdən 105-i müsabiqədə iştirak etmək hüququ qazanıb.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Qarabağın bərpası ilə bağlı hər bir layihənin son dərəcə böyük əhəmiyyət kəsb etdiyini bu prosesə xüsusilə məktəblilərin maraq göstərməsinin sevindirici hal olduğunu qeyd edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesindən bəhs edərkən bildirib ki, Zəngilan, Tərtər Laçına köçürülənlər arasında bu olimpiadada iştirak edənlərlə eyni yaşda olan məktəblilər yer alıblar onlar özləri quruculuq prosesinin canlı şahidləridirlər. O əlavə edib ki, bu olimpiadada iştirak edən məktəblilərin irəli sürdüyü layihələrin əksəriyyəti dövlətimiz tərəfindən müəyyənləşdirilən strateji sahələri əhatə edir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev şagirdlərin təqdim etdiyi innovativ ideyalarla bağlı fikirlərini bölüşüb Fondun işğaldan azad edilmiş ərazilərin dirçəlişinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edəcəyini vurğulayıb. Qarabağın inkişafının daimi prosesə çevrilməsinin bunun yüksək templə icra edilməsinin vacibliyini vurğulayan R.Hacıyev Qarabağın Azərbaycanın innovasiya poliqonuna çevriləcəyini bu inkişafın mərkəzində isə ağıllı insan amilinin durduğunu qeyd edib.

Daha sonra olimpiada layihəsinin meneceri Samirə Ağayeva ADA Qazax Mərkəzinin aparıcı məsləhətçisi Natiq Məmmədli layihənin yekunlarına dair çıxış ediblər.

Final mərhələsinə vəsiqə qazanan 5 komandanın layihələrinin videoxülasəsi təqdim edildikdən sonra qaliblərin adları açıqlanıb. Onlara sertifikat hədiyyələr təqdim edilib.

Birinci yerə Şəki şəhər Kimya təmayüllü liseyin "Çapar", ikinci yerə Yevlax şəhəri Səməd Vurğun adına məktəbin "Fi", üçüncü yerə Laçının Taxtakörpü qəsəbə tam orta məktəbinin "Qayıdış", dördüncü yerə Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəbin "Qarabağnamə" beşinci yerə isə Gəncə şəhər fizika, riyaziyyat informatika təmayüllü məktəbin "Ultimate" layihələri layiq görülüb.

Sonda məktəblilər üçün ADA Universitetində kampus turu təşkil edilib.

Qeyd edək ki, "Azərbaycanın gənc qurucuları" olimpiadasının məqsədi şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsinin təmin edilməsi, onları Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə onların araşdırma təqdimat bacarıqlarının, dəyərləndirmə yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaqdır.