Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır
İQTİSADİYYAT

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır

Böyük iqtisadi potensiala malik ölkə kimi beynəlxalq aləmdə Azərbaycana maraq daha da artıb. Avropa dünyanın bir neçə digər ölkəsi Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi dərinləşdirilməsinə ehtiyac duyurlar. Son illərdə isə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat artır. Prezident İlham Əliyevin uğurlu siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirib. Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır, Azərbaycan qazının Avropa bazarına ixrac coğrafiyası daha da genişlənir.

İqtisadçı ekspert Eldəniz Əmirov da qeyd edir ki, son illər ölkəmiz Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya İtaliyanın qaz təchizatında önəmli rol oynayırdı, artıq Bolqarıstan da onların sırasına daxil olub. Onun sözlərinə görə, Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında açıqlayıb ki, Rumıniya, Macarıstan Slovakiya əlavə qaz həcmini almaq nəql etmək istəyindədirlər.

"Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstanın "Bulgartransgaz", Rumıniyanın "Transgaz", Macarıstanın FGSZ Slovakiyanın "Eustream" şirkətləri SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı "Anlaşma Memorandumu" imzalanıb.

Azərbaycan Bolqarıstan prezidentlərinin həmin tədbirdə iştirakı, o cümlədən 5 ölkədən olan nazirlərin çıxışları prosesin ciddiliyinin əhəmiyyətinin göstəricisi hesab oluna bilər. Çünki burada əsas məqsəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsidir. Belə ki, əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu isə onu göstərir ki, Mərkəzi, Qərbi Cənubi Avropa ölkələri üzləşdikləri enerji böhranından xilas yolunu Azərbaycanla əməkdaşlıqda görürlər. Ölkəmizin bunun üçün kifayət qədər ehtiyatları var. Belə ki, bu il Azərbaycanda 33,4 milyon ton neft 47,2 milyard kubmetr qaz hasilatı planlaşdırılır, 24,5 milyard kubmetr qazın ixrac üçün ayrılması nəzərdə tutulub. 2022-ci ilin yekunlarına görə, Azərbaycanda neft hasilatı 32,6 milyon ton olub (kondensatla birlikdə). Bundan başqa, ötən il Azərbaycanda hasil edilən 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetri ixrac olunub. Rəqəmlərin hər il artması isə müsbət tendensiyadır".

Şaxələnmiş ixrac marşrutlarının olması, zəruri infrastrukturun mövcudluğu isə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolunu getdikcə artırmaqla yanaşı, bölgədə qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq həm regionun təhlükəsizliyinə xidmət edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".