Azərbaycandakı xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri dövlət sərhədindəki vəziyyət barədə məlumatlandırılıb
Digər xəbərlər

Azərbaycandakı xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri dövlət sərhədindəki vəziyyət barədə məlumatlandırılıb

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən brifinq təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.

AZƏRTAC