“Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri
İQTİSADİYYAT

“Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda iclas

Tütünçülük Azərbaycanın ənənəvi əkinçilik sahəsidir, bizdə onun zəngin ənənəsi və potensialı var. Reklam və təbliğ olunmasa da, əhalinin məşğulluğunun təmin olunmasında və sosial həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığı üçün dövlət bu sahənin inkişafına böyük qayğı göstərir. Bakı Biznes Mərkəzində "Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən iclasına da məhz bu aspektdən yanaşmaq lazımdır.

İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir qeyd edib ki, aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir.

Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğu vurğulanıb, bu sahənin inkişaf etdirilməsinin zəruri olduğu qeyd olunub. İclasda Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunulub. Fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğu diqqətə çatdırılıb.

Ölkədə tütün istehsalında mövcud vəziyyət, gələn il üçün tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, hədəflər və perspektivlər barədə müzakirələr aparılıb.

Nəriman CAVADOV,

"Respublika".