Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi
İQTİSADİYYAT

Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması, sui-istifadə korrupsiya hallarının qarşısının alınması, həmçinin, investisiya mühitinin daha da yaxşılaşdırılması üçün mühüm bir addım kimi qiymətləndirilməlidir. Yeni qanunun qəbulunu birmənalı şəkildə adamlarına verilən siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Azərbaycan dövləti hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 28 avqust 2013- il tarixli Prezident fərmanı ilə qüvvəyə minməsi sahibkarlıq sahəsində sadəcə hüquqi mühitin təkmilləşdirilməsi deyil, eyni zamanda sahibkarlara kompleks şəkildə dövlət dəstəyinin göstərilməsi, dövlət-sahibkar münasibətlərinin müsbət mənada tənzimlənməsində atılan ciddi addım kimi qiymətləndirilməlidir.

Adıçəkilən qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən həmin yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Buna müvafiq olaraq hüquqi sənəddə nəzərdə tutulub ki, qanunun tələblərinə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.

Qanun yoxlamaların məqsəd prinsiplərini müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat sağlamlığının, əmlakının, ətraf mühitin dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir.

Həmçinin, qanunda sahibkarların yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmələri imkanları nəzərdə tutulmuşdur ki, bunun da məqsədi sahibkarın gələcək qanun pozuntularından sığortalanması, həmçinin yoxlayıcı orqanlar tərəfindən bir-birlərinin səlahiyyətlərinin təkrarlanmasına eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulmasıdır.

Əvvəllər məhsul nümunələrinin götürülməsi təhqiqi ilə bağlı kifayət qədər normativ tənzimlənmənin mövcud olmadığına görə həm yoxlayıcı orqanlar, həm sahibkarlar üçün müəyyən çətinliklər mövcud idi ki, bu da bir çox hallarda sahibkarların hüquqlarının pozulmasına gətirib çıxarırdı. Məhz bu səbəbdən Qanunun müəyyən hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspetizasının tənzimlənməsinə həsr edilib.

Eyni zamanda Qanunda aparılan yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada, sahibkarın günahı təsdiq edilməzdən əvvəl işıqlandırılmasına qadağa qoyulur. Çünki bu təcrübənin sahibkarların işgüzar nüfuzuna kifayət qədər ağır zərbə vurması mümkündür.

Qeyd edilən qanunda yoxlamaların plan üzrə plandankənar formaları nəzərdə tutulur. Plan üzrə yoxlamanın müddəti orta, kiçik mikro sahibkarlara münasibətdə 5 günündən, iri sahibkarlara münasibətdə isə 10 günündən artıq olmamaqla, plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 günündən, orta, kiçik mikro sahibkarlara münasibətdə isə 3 günündən artıq olmamaqla aparılması müəyyən edilir.

Yoxlamalar zamanı sahibkarlıq subyektlərinin risk qrupları üzrə bölgüsü qeyd edilir. Belə ki, plan üzrə yoxlamalar yüksək risk qrupuna aid sahibkarlarda ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid sahibkarlarda iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlarda isə üç ildə bir dəfədən çox olmayaraq aparılır. Habelə yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət radiasiya təhlükəsizliyinə nəzarət sahələrində plan üzrə yoxlamalar yüksək risk qrupuna aid sahibkarlarda altı ayda bir dəfədən, orta risk qrupuna aid sahibkarlarda ildə bir dəfədən, aşağı risk qrupuna aid sahibkarlarda isə iki ildə bir dəfədən çox olmayaraq aparılır.

Qeyd edilməlidir ki, plandankənar yoxlamalar qanuna görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz qanunun konkret tələb etdiyi hallarda keçirilir. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair çıxarılmış qərarı yerinə yetirdikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda, konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər.

Bundan başqa, yoxlayıcı orqanların qərarlarından hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üçün konkret mexanizmlər göstərilir yoxlayıcı orqanların məsuliyyət məsələləri öz əksini tapır. Qanunda göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara ya məhkəməyə müraciət edə bilər. Həmçinin, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması barədə Ədliyyə İqtisadiyyat Nazirliklərinə, bu Qanunla müəyyən edilmiş digər tələblərin prosedurların pozulması ilə bağlı isə yuxarı dövlət orqanına şikayət verə bilər.

Onu da qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 20 oktyabr 2015-ci il tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin qanuna əsasən respublika ərazisində sahibkarlıq sahəsində yoxlamalar 2024- il 1 yanvaradək dayandırılmışdır. Bu müddətdə adıçəkilən qanunda qeyd edilən, habelə insanların həyat sağlamlığına, dövlətin təhlükəsizliyinə iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı ölkə başçısı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026- illər üçün Milli Fəaliyyət Planı"nın 6.3- bəndinin icrası ilə əlaqədar sahibkarlıq sahəsində yoxlamaların aparılması zamanı sui-istifadə korrupsiya hallarının qarşısının alınması məqsədilə tərəfimizdən mütəmadi olaraq sahibkarlıq subyektləri üçün bu sahədə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirici tədbirlər həyata keçirilir.

Bu cür qanunların daha da təkmilləşdirilməsi sahibkarların fəaliyyətinin günü-gündən sürətlənməsini nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyevin verdiyi sərəncamlar, eyni zamanda sahibkarlıq fəaliyyətinə xüsusi diqqətin ayrılması onlar tərəfindən təqdirəlayiq qarşılanır. Cənab Prezident regionlarda sahibkarlarla görüşlər keçirir, onlara göstərilən diqqət qayğıdan səmərəli istifadə etmələrini tövsiyə edir.    

Sonda qeyd etmək istərdim ki, ölkə rəhbərinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında" "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarının qüvvəyə minməsi ilə bağlı imzaladığı fərmanlar sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsinə, sahibkarların hüquq maraqlarının müdafiəsinə, həmçinin, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan verir ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edir.

Anar QULİYEV,

Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi

Dövlət reyestrləri idarəsinin böyük məsləhətçisi, ədliyyə müşaviri.