Azərbaycanda koronavirusa qarşı birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 540 mindən çoxdur
Səhiyyə

Azərbaycanda koronavirusa qarşı birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 540 mindən çoxdur

İyunun 4-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 47 min 637 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 42266, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5371 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 465 min 719-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 540 min 259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 925 min 460 nəfərdir.

AZƏRTAC