Azərbaycanda koronavirusa 3551 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda koronavirusa 3551 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 3551 yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 388 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 min 603 nəfər müalicə olunaraq sağalıb, 5 min 279 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 min 555 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 982, bu günə qədər isə ümumilikdə 4 milyon 304 min 865 test icra olunub.

AZƏRTA