Azərbaycanda koronavirus infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb,  213 yeni  yoluxma faktı qeydə alınıb.  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görəCOVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə  338 min  183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 200 nəfər müalicə olunaraq sağalıb, 4991 nəfər vəfat edib. Aktiv xəstə sayı 1992 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 905 min 500 test aparılıb. Bugünkü test sayı isə 10817-dir.

AZƏRTAC