Azərbaycanda koronavirus infeksiyasından daha 39 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 39 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 39 nəfər müalicə olunaraq sağalıb, 104 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 336 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 606 nəfər müalicə olunaraq sağalıb, 4980 nəfər vəfat edib. Aktiv xəstə sayı 1202 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 821 min 726 test aparılıb. Bugünkü test sayı isə 8709-dur.

AZƏRTAC