Azərbaycanda koronavirus infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 1101 yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 352 min 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 min 336 nəfər müalicə olunaraq sağalıb, 5 min 72 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 947, bu günə qədər isə ümumilikdə 4 milyon 123 min 715 test icra olunub.

AZƏRTAC