Azərbaycanda fəaliyyət göstərən qazaxıstanlı sahibkarlardan
Məktublar

Azərbaycanda fəaliyyət göstərən qazaxıstanlı sahibkarlardan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Biz, Azərbaycanda işləyən qazax sahibkarlar Sizi və qardaş Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik.

Ölkənizdə olduğumuz müddətdə biz Sizin rəhbərliyinizlə tarixi ədalətin təntənəsini təmin etmiş və Azərbaycanın işğal altında olan torpaqlarını qaytarmış ordunuzun misilsiz igidliyinin, iradəsinin və qətiyyətinin şahidi olduq.

Qarabağın azad edilməsi təkcə Azərbaycanın nailiyyəti deyil, türk dünyasının bütün xalqları üçün qürur mənbəyidir.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, yorulmaq bilməyən fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirik.

Zəfər bayramınız mübarək!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Kuanış Kalijanov

“Smart city Azerbaijan” şirkətinin baş direktoru

 

Meiram Abzaliyev

“Lactalis Caspi” şirkətinin baş direktoru

 

Alia Nurakişeva

“Spesosnaşenie” şirkətinin baş direktoru

 

Jan Junusov

“Azkaro” şirkətinin direktoru.