Azərbaycanda ekocoğrafi problemlər və onların həlli yolları
Elm və təhsil

Azərbaycanda ekocoğrafi problemlər və onların həlli yolları

Müasir dünyanın arid semiarid regionlarında yaranmış ekocoğrafi problemlərin, o cümlədən həyati zəruriyyət kəsb edən şirin su ehtiyatlarının çatışmazlığı bütün bəşəriyyəti düşündürür. Dünya əhalisinin 40 faizindən çoxu gündəlik şirin suya olan ehtiyacını normal təmin edə bilmir. Yəni demək olar ki, artıq dünyada şirin su problemləri qlobal coğrafi məsələyə çevrilmişdir onun həlli yalnız dünya ictimaiyyətinin birgə səyi sayəsində mümkündür. Hər şeydən əvvəl məlumdur ki, coğrafi-təbii ehtiyatlar sırasında şirin su bərpaolunan sərvətdir. Ona görə onun səmərəli istifadəsinin inteqrasiyası idarə olunması mühüm şərtdir. Bu baxımdan su ehtiyatlarının səmərəli idarə olunması bilavasitə BMT-nin 2030-cu il üzrə çoxillik planına daxil olunmuşdur.

Bir neçə il əvvəl Azərbaycan ən az şirin su ehtiyatına sahib olan ölkələr siyahısına daxil edilmişdir. Yeri gəlmişkən, paytaxtımızın əsas içməli su mənbəyi Ceyranbatan Su Anbarı hesab olunur. Bu anbarın su ehtiyatı 186 milyon kubmetrdir. Hazırda Azərbaycanda şirin su ehtiyatının yarıdan çoxu tranzit çayların hesabına formalaşır. Yalnız cüzi hissəsi, yəni 10 kubmetri öz daxili çaylarımızın payına düşür. Abşeron yarımadasında Aran bölgəsində isə içməli suya ehtiyacımız gündən-günə çoxalır.

Bu gün respublikamızda böyük həcmli su anbarlarında, xüsusilə Mingəçevir, Şəmkir, Yenikənd, Sərsəng, Ceyranbatan, Ağstafaçay s. su qovşaqlarında ekocoğrafi problemlərin yaranması tendensiyası davam edir. Bu su qovşaqlarının ümumi sahəsi 1000 kvadratkilometrdən çoxdur, onlar respublikamızın 1,2 faizdən çoxunu əhatə edir. Bu anbarların ətraflarında indi yeni formalaşmış arid dağ vadiləri şəraitində hidroloji, geomorfoloji landşaft dəyişiklikləri aydın görünür. Deməli, iri su anbarlarının özlərində təbii olaraq müasir landşaftların struktur-ərazi transformasiyasına güclü təsir göstərir. Məsələn, Mingəçevir Su Anbarının Qanıx körfəzində hazırda 400 hektarlarla yeni kolluqların yaranmasına səbəb olmuşdur. yaxud "Araz" su qovşağında min hektarlarla sahədə torpaqların bataqlaşması, öz növbəsində, özünün aqroistehsal dəyərini itirmişdir.

Bildiyimiz kimi, Azərbaycan coğrafiyasının 60 faizdən çox hissəsini arid semiarid xarakterli landşaftlar təşkil edir. Son zamanlar kompleks landşaft tədqiqatlarının nəticələri təsdiq edir ki, respublikamızın bəzi arid meyilli sahələrində səhralaşma prosesinin dinamikası getdikcə güclənir. Lakin bu ərazilərdə yaşayan insanların aqroistehsal, daha doğrusu, yaşayış fəaliyyəti bilavasitə şirin su ehtiyatı ilə bağlıdır. Məsələn, respublikamızın Kür-Araz ovalığında yaxud Qarabağın düzənlik sahələrində kənd məskənlərinin aqrolandşaftların lokallaşdığı əsas sahələrdir. Həmçinin, Kür, Araz çayları onlara tökülən çaylar boyunca uzanan ərazilər Azərbaycanda magistral suvarma kanalları (Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil s.) boyunca məhsuldar aqroirriqasiya landşaft komplekslərinə rast gəlinir. Bu baxımdan şirin su yaxud su mənbələrində yaranan qısamüddətli problemlər insanların bütün həyati fəaliyyətlərində ciddi narahatlıqlar yaradır.

Coğrafiya İnstitutu əməkdaşlarının son illərdə apardığı coğrafi monitorinqlər bu barədəki fikirlərimizi təcrübi cəhətdən əsaslandırır. Onların müşahidələri göstərir ki, Kür çayında suyun səviyyəsi 2020-ci ilin isti iyun ayında, yəni ilin isti dövründə şirin suya olan tələbatın artacağının gözlənildiyi bir zamanda kəskin şəkildə aşağı düşmüşdür. Nəticədə 2020-ci ilin iyun ayında Kür çayı deltasının dəniz sahilində çay yatağı boyunca axının əksinə olaraq Neftçalaya qədər şor su hərəkət etmişdir.

Yenə 2020-ci ilin müşahidələrinə əsasən müəyyən olundu ki, Araz çayı yatağının sulu hissəsi normal vəziyyətindən təxminən 5 dəfədən çox kiçilmişdir. Hətta yatağın axın olan hissəsində suyun dərinliyi ən yaxşı halda 80-100 sm-ə çatır. Əlbəttə, çay yatağında baş vermiş dövrü səviyyə tərəddüdləri istər-istəməz onun çevrəsindəki müasir landşaftların yaxud ekosistemlərin genetik cəhətdən transformasiyasına səbəb olur. Nəticədə bu kimi təbii hadisələr öz növbəsində landşaftların növ daxili müxtəlifləşməsinə yaxud onların ərazi-struktur cəhətdən təkrarlanması tezliyini artırır. Tədqiqatların bir daha müqayisəli təhlili göstərir ki, istər Kür çayında, istərsə digər iri çay yataqlarında əmələ gəlmiş bu tipli landşaft deformasiyasında yaxud lokal ekosistemlərin dəyişməsində ümumilikdə son dövrlər regionlarda gedən kompleks-təcrübi antropogen proseslərlə bağlıdır.

Ərazilərdəki şirin su ekosistemlərində əslində baş verən bu kimi dinamik yanaşmalar da tez-tez müşahidə olunur. Ancaq demək olar ki, son 40-50 illik dövrlərdə bu vəziyyət daha da intensivləşmişdir. Bunların nəticəsi olaraq respublikamızın ərazisindəki bir sıra su anbarlarının, göllərin, çalaların yaxud çayların özündə suyun quruması yenə təbii-antropogen proseslərin qeyri-normal fəaliyyətlərilə bağlıdır. Məsələn, quru çöl landşaft komplekslərindən ibarət Biləsuvar rayonu ərazisindəki Bolqarçay Su Anbarı 1965-ci ildə istifadəyə verilmişdir. Onun köməyi ilə həmin regionda təxminən 3 min hektardan çox əkin sahələrinin suvarılması planlaşdırılmışdır. Lakin sonrakı illərdə İran İslam Respublikasında Bolqarçayın suyundan istifadəsinin artması səbibindən anbarda su ehtiyatı toplamaq mümkün olmamışdır.

Qeyd etmək lazımdır ki, vaxtilə ölkəmizdə kifayət qədər şirin su ehtiyatına malik, eyni zamanda külli miqdarda köçəri quşların coğrafi məskəni kimi tanınan Hacıqabul gölünün quruması da özlüyündə respublikada su ekosistemlərində coğrafi problemlərin yaranmasında başlıca rol oynamışdır. Daha doğrusu, buna səbəb son zamanlar gölün qidalanmasında əsas rol oynayan təbii antropogen (süni) su mənbələrinin kəsilməsi olmuşdur.

Lakin 1960- illərdə həyata keçirilən meliorativ layihələrə əsasən Qarasu su-bataqlıq ekosistemi tamamilə ləğv olundu. Nəticədə böyük fauna-flora ehtiyatlarına malik Hacıqabul gölündə ciddi ekocoğrafi problemlər yarandı. Bununla göl öz təbii istehsal funksiyasını dayandırdı. Məlum olduğu kimi, tarixən Qarabağ regionundan axan mənbəyi erməni işğalı altında olan Xaçınçay hazırda tamamilə zəhərləndirilmişdir. Tədqiqatlar göstərir ki, Qarabağ düzündə yaxın keçmişə qədər Xaçınçay hövzəsində çox qiymətli saqqız ağacından ibarət düzənlik meşə-landşaft ekosistemlərinin inkişafında mühüm rol oynamışdır. Lakin hazırda həmin saqqız ağacları tamamilə qurumuş meşə landşaftından əsər-əlamət qalmamışdır.

Azərbaycanda sıx məskunlaşma coğrafiyasına malik Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması da ərazidə intrazonallıq yaradan bataqlıq, bataqlıq-çəmən çala-çəmən ekosistemlərinin artmasına əlverişli şərait yaradır. Hazırda bu xüsusiyyətə malik landşaft komplekslərini Mil düzündə Ağgöl onun ətrafında aydın görmək mümkündür. Daha dəqiq kosmik şəkillərin topoqrafik xəritələrin təhlilindən məlum olur ki, son 30-35 il ərzində Ağgöl ətraflarında intrazonal landşaft komplekslərinin sahəsi təxminən 2 min hektar artmışdır. Buna səbəb isə Ağgöldə su rejiminin süni surətdə tənzimləmək məqsədilə kanal-kollektor suyunun gölə axıdılmasıdır. Nəticədə gölün su səviyyəsinin artması ilə yanaşı, ətraf ərazilərdə qrunt suları səthə çıxmış çala-çəmən komplekslərin sahəsi genişlənmişdir.

Məlum olduğu kimi, dağlıq relyef şəraitində, xüsusilə, iri dağdaxili dağarası çökəkliklərin özlərinə məxsus landşaft daxili geomorfoloji-geoloji strukturları mövcuddur. Ona görə bu ərazilərdə səth yeraltı suların, həmçinin landşaft - ekoloji şəraitin idarə olunmasına xüsusi yanaşma metodikası tələb olunur. Məsələn, Gədəbəy rayonu ərazisində əslində Kiçik Qaramurad kəndi istiqamətində uzun müddət çay sularının daim axması sayəsində dərinliyi 6-7 metr, uzunluğu km- uzanan çox iri kanyonvari dərə-yarğan formalaşmışdır. Mərhələ-mərhələ kəndlərdən yaxud istifadə olunmuş texniki tullantılar çirkli sular həmin dərədə toplanaraq təbii xoşa gəlməyən çirkli ekoloji mənbə yaradır.

Beləliklə, coğrafi tədqiqatların təhlili göstərir ki, Kür çayının müasir deltasının coğrafi formalaşması təxminən XVIII əsrin axırlarında başlamışdır. Lakin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən 2020-ci ilin ortalarına aid kosmik şəkillərin müqayisəsi göstərir ki, Kür çayının deltasının sahəsi 134 km-ə, dənizlə olan sahil xəttinin uzunluğu isə 50 kilometrə çatmışdır. Daha dəqiq desək, 1978-ci ilə kimi mütəmadi olaraq dəniz səviyyəsinin aşağı düşməsi (-28,8 m) eroziya bazisinin artması çay yatağında dib eroziyasını daha da intensivləşdirmişdir.

Araz çayının qədim gətirmə konusuna uyğun gələn İmişli rayonu ərazisində bu xarakterli coğrafi problemlər inkişaf etmişdir. Kür çayına tökülən bir sıra çaylarda, o cümlədən Şəki-Qax arası çaylarda da hazırda qum-çınqıl karxanaları fəaliyyət göstərir. İlk baxışda ziyansız görünən bu antropogen fəaliyyətlər çox qısa zamanda uzun illər boyu formalaşmış çay-dərə landşaftların yaxud onun əhatəsindəki təkrar landşaftların kütləvi şəkildə məhv olmasına məcra proseslərinin genetik cəhətdən dəyişməsinə səbəb olur. Müşahidələr göstərir ki, Şirvan düzündən axan Ağsu, Girdman, Göyçay s. çayların orta axınında son zamanlar çox intensiv fəaliyyət göstərən qum-çınqıl karxanalarının təsiri ilə çaylarda asılı gətirmələrin miqdarı azalmışdır. Nəticədə Şirvan düzənliyindən keçən çayların dərələri kəskin dərinləşmiş, relyefin şaquli səthi parçalanması sıxlığı artmışdır. Hətta Ağsuçaydan Basqal aşırımına keçid sahəsində yamaclarda kanyonvari dərələr, sürüşmələr, uçqun prosesləri fəallaşmışdır.

Beləliklə, təhlil etdiyimiz mövcud coğrafi problemlərin həlli yolları barədə onu qeyd etmək lazımdır ki, ilk növbədə respublikamızda landşaft planlaşdırılması metodikasının tətbiqini genişləndirməyə çalışmalıyıq. Bu baxımdan kənd təsərrüfatında aqroistehsalın ərazi-struktur layihəsi real su ehtiyatlarına uyğun planlaşdırılmalıdır. Yəni daha çox suvarma tələb olunan sahələr arasındakı təminat münasibətlərin tətbiq edilməsi çox vacibdir. Suvarma əkinçiliyi tətbiq edilən yeni sahələrin əvvəlcədən coğrafi cəhətdən kompleks öyrənilməsi, xəritələşdirilməsi iqlim-su ehtiyatları şərti olaraq hesablanmalıdır.

Qeyd etmək lazımdır ki, problemin həllinin vacibliyini nəzərə alaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin bununla bağlı müşavirə keçirməsi 27 iyul 2020-ci il tarixli su ehtiyatlarından səmərəli istifadəsinin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı haqqında Sərəncam imzalaması çox təqdirəlayiq vaxtında görülmüş tədbirlərdir.

Zakir EMİNOV,

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru,

coğrafiya elmləri doktoru,

Habil HAQVERDİYEV,

şöbə müdiri.