İlin əvvəlindən ölkə əhalisinin sayı 20 min 63 nəfər və ya 0,2 faiz artaraq, 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 139 min 196 nəfərə çatıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
AZƏRTAC