Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur
Siyasət

Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur

Azərbaycan Prezidenti dünya dövlətlərini manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırır

"Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT- üzv dövlətləri BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76- sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında deyib. Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin, səngər, tunel bunkerlərdən ibarət istehkamların qurulması Ermənistanın heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində olmadığını sübut edir.

 

Bəli, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Bu reallıq Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etdikdən sonra yaranıb. Daha doğrusu, dövlət başçısının xüsusi Fərmanı ilə Qarabağ Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması ilə həm bölgədə yeni idarəçilik modelinin əsası qoyulub. Belə ki, həmin iqtisadi zonalara Prezidentin nümayəndələri təyin edilmişdir.

Qarabağ münaqişəsi artıq öz həllini tapmışdır, o, keçmişdə qalıb. Münaqişənin həllinə 44 gün lazım gəlsə , onun ömrü 30 il çəkdi. Qarabağ münaqişəsinin nizama salınması zaman baxımından kifayət qədər çox vaxt apardığı kimi, həm çoxşaxəli yanaşma, böyük səy, gündəlik fəaliyyət tələb edirdi. Azərbaycan problemin həllinə nail olmaq üçün siyasi-diplomatik səy göstərməklə, beynəlxalq vasitəçilərin missiyasına hörmətlə yanaşmaqla bərabər, münaqişənin nizama salınması, ədalətin bərpa olunmasında hərbi-siyasi vasitələrdən istifadə olunması ehtimalını heç zaman nəzərdən qaçırmırdı. Beynəlxalq vasitəçilərin "Dağlıq Qarabağ" münaqişəsinin hərbi həll yolu yoxdur" tezisinə qarşı Azərbaycan Prezidenti İlham Əliyevin "münaqişənin həllinin hərbi-siyasi yolu var" tezisini irəli sürməsini yuxarıda qeyd edilən fikrin ən bariz ifadəsi hesab etmək olar. Uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin öz missiyasına kifayət qədər məsuliyyətlə yanaşmaması problemin həllinin diplomatik yolunu tapa bilməməsi hərbi-siyasi yolun qaçılmazlığına inamı artırırdı. Bu səbəbdən Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi, əsgər zabitlərin döyüş qabiliyyətinin vətənpərvərlik ruhunun yüksəldilməsi aktuallığını nəinki saxlayır, həm daha böyük məna kəsb edirdi. Ölkənin artmaqda olan iqtisadiyyatı ordu quruculuğunun gücləndirilməsinə yeni imkanlar açmışdı. Bir neçə il ərzində Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini belə üstələməsi hər şeydən əvvəl bu iki dövlətin imkan resurslarının ciddi şəkildə fərqləndiyini göstərirdi. Lakin bütün bu deyilənlər yalnız imkanlar arasında deyil, bu, daha çox seçilmiş yolun strategiyanın köklü surətdə fərqlənməsindən irəli gəlirdi. Çünki prezidentliyinin ilk illərində İlham Əliyevin "Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyük olacaq" formasında səsləndirdiyi tezis yeni hərbi strategiyanın əsas səciyyəsini ifadə edirdi. Beləliklə, 44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm qələbə İlham Əliyevin rəhbərliyi ilə dünyanın müasir yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Vətən müharibəsi qaçılmaz idi, artıq xalqın səbir kasası dolmuşdu, işğalla barışmırdı. Digər tərəfdən Ermənistan da dinc dayanmır, danışıqlar prosesini pozan hərəkətlərə yol verirdi. Ermənistan hökuməti "Qarabağ Ermənistandır nöqtə" "bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq" kimi təxribatçı bəyanatlar verməklə müharibəni daha da qaçılmaz edirdi. Ermənistanın ovaxtkı müdafiə naziri Azərbaycanı açıq şəkildə yeni təcavüz işğalla hədələyir, işğalçı ölkə qəbuledilməz şərtlər irəli sürərək danışıqların formatının dəyişdirilməsini, ona sıfırdan başlanılmasını Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin bu prosesə cəlb edilməsini tələb edirdi. Bu cəhdlər, Ermənistanın məsuliyyətsiz təhlükəli hərəkətləri, fəaliyyəti onsuz da iflic vəziyyətə düşmüş ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürprizlər idi. Beləliklə, Azərbaycan xalqı problemi özü həll etməli oldu, torpaqlarını azad etdi, özü hərb yolu ilə. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin olundu. Qarabağ Şərqi Zəngəzurda quruculuq işlərinə başlanıldı. Böyük Qayıdışın reallaşması üçün möhtəşəm layihələrə imza atıldı. Azərbaycanın dünyada nüfuzu artdı, o, dünyada söz sahibi oldu. Dövlət başçısı müxtəlif tribunalarda xalqının maraqlarını ifadə edən çıxışları ilə ölkəmizin gücünü nümayiş etdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Silahlı Qüvvələrimiz düşmənin hər bir təxribatının qarşısını alır, onun layiqli cavabını verir. Təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan başda olmaqla onun havadarları, himayədarları hələ reallıqla barışmır, öz bəyanatlarında, çıxışlarında "Dağlıq Qarabağ" ifadəsini işlətməklə əslində manipulyasiya etmiş olurlar.

2022-ci ildə Fərrux kəndinin ətraf yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra Rusiya Federasiyası Müdafiə Nazirliyi 2022-ci il 27 mart tarixli açıqlamasında həqiqətə uyğun olmayan məqamları əks etdirmişdi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə deyilirdi: "Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Müdafiə Nazirliyinin 26-27 mart tarixli açıqlamalarında "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir". Məlumatda həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırladılır ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində Rusiya Federasiyası Azərbaycan Respublikasının öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyət prinsipləri əsasında qurduğu qeyd olunur.

Azərbaycan Prezidenti beynəlxalq toplantılarda dünya dövlətlərinə müraciətlərində "ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə" çağırır...

Zümrüd QURBANQIZI,

"Respublika".