Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 883 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 63 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 915, bu günə qədər isə ümumilikdə 6 milyon 845 min 234 test icra olunub.

AZƏRTAC