Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 8 milyon 350 min 575-dir
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 8 milyon 350 min 575-dir

Sentyabrın 27-də Azərbaycanda 630 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 350 min 575, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 713 min 775, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 636 min 800 nəfər təşkil edir.

AZƏRTAC