Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 672 min 89-dur
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 672 min 89-dur

Yanvarın 17-də Azərbaycanda 6 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, "buster" doza ilə peyvənd olunanların sayı isə 4 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 89, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 200 min 330, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 714 min 478 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 757 min 281 nəfər təşkil edir.

AZƏRTAC