Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 66 min 951-dir
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 11 milyon 66 min 951-dir

Dekabrın 20-də Azərbaycanda 77 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 23 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 66 min 951, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 140 min 918, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 641 min 918 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 284 min 115 nəfər təşkil edir.

AZƏRTAC