Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 11 milyonu ötüb
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 11 milyonu ötüb

Dekabrın 17-də Azərbaycanda 27 min 321 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 611 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 20 min 552 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 17 min 859, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 134 min 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 634 min 404 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 248 min 508 nəfər təşkil edir.