Azərbaycanda COVİD-19 əleyhinə birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 508 min 115 nəfərdir
Səhiyyə

Azərbaycanda COVİD-19 əleyhinə birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 508 min 115 nəfərdir

Sentyabrın 13-də Azərbaycanda 1266 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 611 min 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 508 min 115, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 103 min 91 nəfər təşkil edir.

AZƏRTAC