Azərbaycanda COVİD-19 əleyhinə 78 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Azərbaycanda COVİD-19 əleyhinə 78 min dozadan çox peyvənd vurulub

Avqustun 24-də Azərbaycanda 78 min 949 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59 min 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 838 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 249 min 673-ə, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 772 min 533, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 477 min 140 nəfərə çatıb.

AZƏRTAC