Azərbaycanda  COVID-19 əleyhinə 31 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Azərbaycanda  COVID-19 əleyhinə 31 min dozadan çox peyvənd vurulub

Dekabrın 15-də Azərbaycanda 31 min 356 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 286 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 23 min 550 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 960 min 235, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 128 min 454, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 626 min 667 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 205 min 114 nəfər təşkil edir.

AZƏRTAC