Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub

Mayın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 999 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 349, ikinci doza vaksinlərin sayı 271, üç və daha çox doza vaksinlərin sayı 2 min 148, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 231-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 710 min 6, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 346 min 173, ikinci mərhələ üzrə 4 milyon 847 min 713, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 271 min 363, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 244 min 757-dir.

AZƏRTAC