Azərbaycanda “buster
Səhiyyə

Azərbaycanda “buster" doza ilə peyvənd olunanların sayı 900 mini keçib

Dekabrın 1-də Azərbaycanda 40 min 314 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 125, "buster" doza ilə peyvənd olunanların sayı isə 30 min 8 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 567 min 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 83 min 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 573 min 36 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 911 min 353 nəfər təşkil edir.

AZƏRTAC