Azərbaycanda 1597 nəfər koronavirusdan sağalıb
Səhiyyə

Azərbaycanda 1597 nəfər koronavirusdan sağalıb

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 826 yoluxma faktı qeydə alınıb, 1597 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 487min 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 467  min 043nəfər müalicə olunaraq sağalıb, 6599 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 562 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 201, ümumilikdə isə 4 milyon 902 min 328 test icra olunub.

AZƏRTAC