Azərbaycan XİN rəhbəri erməni həmkarını sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırıb
Siyasət

Azərbaycan XİN rəhbəri erməni həmkarını sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanı sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün “Twitter” səhifəsində yazıb.

“ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirilib. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu təsdiqlədim və bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırdım”, - deyə XİN rəhbəri bildirib.

AZƏRTAC