Azərbaycan XİN Fransanı qərəzli yanaşmalar sərgiləməkdən çəkinməyə çağırıb
Digər xəbərlər

Azərbaycan XİN Fransanı qərəzli yanaşmalar sərgiləməkdən çəkinməyə çağırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 28- Fransa Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransa naziri tərəfindən səsləndirilmiş əsassız iddiaları şərh edib.

Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 28- Fransa Respublikasının Avropa xarici işlər naziri Katrin Kolonna Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Fransa naziri tərəfindən səslənmiş əsassız iddialar qəbuledilməzdir.

Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik. Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi təqdim edən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb.

Xatırladaq ki, Ermənistan tərəfi indiyə qədər hələ Azərbaycan ərazisindən silahlı qüvvələrini tam olaraq çıxarmayıb, Azərbaycanın 8 kəndini işğaldan azad etməyib hərbi-siyasi təxribatları davam etdirir.

Bununla yanaşı, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsinə qarşı müdaxilə Azərbaycanın suverenliyi ərazi bütövlüyünə ziddir. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır.

Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə təşviq etməsi Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı.