Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin 105-ci ili tamam olur
Tarix

Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin 105-ci ili tamam olur

1917-ci il fevralında Rusiya imperiyasının süqutundan sonra yaranan Müvəqqəti hökumət həmin ilin martın 3- Cənubi Qafqazın idarə olunması üzrə xüsusi komitənin - OZAKOM-un yaranması haqqında qərar qəbul etdi. 1917-ci il oktyabrın 26-da Rusiyada bolşeviklərin həyata keçirdikləri hərbi çevriliş nəticəsində Petroqradda hakimiyyət onların əlinə keçdi. Sovet Rusiyası XKS-nin sədri V.İ.Leninin imzaladığı sənədlərə əsasən Polşa, Finlandiya Pribaltika ölkələrinin dövlət müstəqilliyi tanınsa da, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi tanınmadı. Bunun isə əsas səbəbi Bakı neftini əldən verməmək idi. Buna görə hakimiyyəti silahla ələ alan bolşeviklər çarizmin Şimali Azərbaycana qarşı yeritdiyi siyasətə daha sərt xarakter verərək daşnak xislətli kommunist ermənilərdən istifadəyə üstünlük verdilər.

1917-ci il dekabrın 16-da RSFSR XKS-nin sədri V.İ.Leninin sərəncamı ilə S.G.Şaumyan Qafqazın Fövqəladə səlahiyyətli Komissarı təyin edildi ona burada öz fəaliyyətini təşkil etmək üçün 500 000 rubl qızıl pul ayrıldı. Cənubi Qafqaza gələn S.G.Şaumyan Bakıda bütün anti-Azərbaycan siyasi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirdi. Bolşevik-daşnak hakimiyyətini burada möhkəmləndirmək üçün 1918-ci il fevralın 13- RSFSR XKS yeni qərar qəbul etdi. Bu qərara əsasən S.G.Şaumyanın sərəncamına 31,8 mln. rubl qızıl pul, 5 min tüfəng, 2 mln. patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın döyüşçü dəstələri, o cümlədən Moskva Hərbi Dairəsinin 4- səyyar inqilabi dəstəsi göndərildi. Nəticədə 1918-ci ildə Bakı şəhəri onun ətrafında olan ərazilərdə yaşayan azərbaycanlı əhaliyə qarşı ən ağır cinayət - soyqırımı cinayəti törədilərək ən azı 12 mindən artıq azərbaycanlı məhv edildi. 1918-ci ilin martından 1921-ci il avqustun 1-dək isə bütün Cənubi Şimali Azərbaycan ərazilərində 700 000-dən çox azərbaycanlı soyqırımı cinayətlərinin qurbanı oldu. Bu cinayətlərin hansı səbəbdən törədildiyini S.G.Şaumyan RSFSR XKS-nin sədri V.İ.Leninə 13 aprel 1918-ci il tarixində ünvanladığı məktubunda yazırdı: "Əgər onlar qəbul gəlsəydi Bakı Azərbaycanın paytaxtı elan edilər bütün qeyri-müsəlman ünsürlər tərki-silah məhv edilərdi". S.G.Şaumyanın I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı vuruşan 1917-ci il 5 oktyabr Ərzincan müqaviləsinə görə Qafqaz cəbhəsindən geri qayıdan daşnaklardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətməsi ən başlıcası, Bakı şəhərində hakimiyyəti ələ keçirməsi V.İ.Lenin tərəfindən çox böyük razılıqla qarşılanmışdı. S.G.Şaumyanın Bakı Neft Komitəsinin sədri təyin etdiyi Saak Ter-Qabrielyan 7 ədəd neftlə doldurulmuş gəmi ilə əvvəlcə Həştərxana, sonra isə Moskvaya gələrək V.İ.Leninlə görüşmüşdu. Bu görüş zamanı V.İ.Lenin S.G.Şaumyanın törətdiyi cinayətlərin miqrasiyasından heyran qaldığını söyləyərək: "… Bakı proletariatına həm mənəvi, həm maddi kömək göstərməyə hazır olduğunu" bildirmişdi. 1918-ci ilin martından başlayaraq Rusiyada getdikcə alovlanan vətəndaş müharibəsində qələbə çalmaq I Dünya müharibəsində çökmüş ölkə iqtisadiyyatını dirçəltmək üçün Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı neftinin ələ keçirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Buna görə RSFSR XKS-nin 1918-ci il 22 may tarixli qərarı bu baxımdan diqqəti cəlb edir. Qəbul olunmuş qərarda deyilirdi ki, "…ən çox miqdarda neft yola salınmış işi birinci növbədə sözsüz təmin edilməlidir". 1918-ci il iyunun 5- V.İ.Lenin Saak Ter-Qabrielyana vurduğu teleqramda S.G.Şaumyanın sərəncamına əlavə olaraq 50 milyon pul ayırdığını "nefti birinci yerə qoymaq" tapşırığını vermişdi. Lakin bununla yanaşı 1918-ci il iyunun əvvəlində bolşevik-daşnak hakimiyyətinin məhv olacağını görən Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı Sovetinə vurduğu teleqramda yazırdı: "Əgər hücum baş tutarsa, mümkündürsə siz Terə (yəni Ter-Qabrielyana - C.B.) xəbər verəsiniz ki, o Bakını tam yandırmaq üçün tədbirlər görsün bu barədə Bakı mətbuatında elan versin". Sonralar bolşeviklərin başçısının bu göstərişi ilə əlaqədar pof. E.Razin yazırdı: "Yalnız təsəvvür etmək olar ki, V.İ.Leninin bu göstərişi yerinə yetirilsə idi, neft layları üzərində duran şəhərin yandırılması yerli əhali üçün hansı bədbəxtliklərə gətirib çıxara bilərdi. Bakının mədənlərini yandırmaq əmrini yalnız yalnız İnsanlıq hissini itirmiş cinayətkar verə bilərdi". Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının əlindən ona məxsus olan bu sərvətli torpaqları almaq üçün 1918-1994- illər ərzində ona qarşı insanlıq üçün ən ağır cinayət - soyqırımı cinayətləri törədilmişdir. Aparılan hesablamalara görə 1918-1920-ci illərdə Cənubi Azərbaycanda 200 min, Bakı quberniyası ərazisində 41 min, İrəvan quberniyası ərazisində 57 min, Zəngəzur ərazində 10 min 68 nəfər ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin qurbanı olmuşdur. 1920-ci il aprelin 28- Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra, aprelin 29-dan 1921-ci il avqustun 1-dək 48 min nəfər güllələnmiş, 1937-ci ildə 80 min nəfər repressiya sürgünə məhkum edilmişdir. II Dünya müharibəsindən sönra SSRİ dövlətinin qəbul etdiyi cinayətkar qərarlar nəticəsində 100 min nəfər azərbaycanlı əhali Ermənistan SSR ərazindən Azərbaycan SSR ərazisinə deportasiya olunmalı idi erməni nasistləri onların 52 min nəfərinin deportasiyasına nail oldular.

XX əsrin erməni nasistləri bu cinayətkar siyasəti səssiz həyata keçirsələr , XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında ilk növbədə Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı terrora səfərbərlik daha da güclənməyə başladı. 1985-ci ildə Azərbaycan SSR-in DQMV- erməni separatizmi açıq aşkar şəkildə təbliğ olunurdu. Qeyd etmək lazımdır ki, bu proses M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma "erməni soyqırımı"nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ- anım günü kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə H.Ə.Əliyevin, N.A.Tixonovun A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçiyanın təklifini bəyənən M.S.Qorbaçov H.Ə.Əliyevin kəskin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir, lakin onun bu mövqeyini unutmur. Buna görə M.S.Qorbaçovun 1987-ci il oktyabr ayının 20- Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılmasına nail olduqdan sonra ermənilərin öz çirkin cinayətkar niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqenbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan "Humanite" qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını bu barədə dövlət başçısına təklif verdiyini bildirdi. "Qarabağ" Komitəsinin Azərbaycan SSR-, xüsusən DQMV- uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı "Krunk" adı altında açıq fəal fəaliyyətə başlamışdı. 1988-ci il martın 2- "DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə Komitəsi" - iri müəssisə rəhbərlərini birləşdirən "55-lər Komitə"si yaradılmışdı. 1988-ci il fevralın 26-27- SSRİ dövlət xüsusi xidmət orqanlarının razılığı ilə ermənilər Azərbaycan SSR-in Sumqayıt şəhərində anti-Azərbaycan təxribatı törətdikdən sonra, bunu bəhanə edərək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından - İrəvan şəhəri daxil olmaqla 185 kənddən başqa yaşayış məntəqələrindən 250 min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatların əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürd bir neçə min rus millətinə məxsus əhali Ermənistan SSR-dən çıxarıldı. 1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün güclənməsi nəticəsində deportasiya, etnik təmizləmə soyqırımına məruz qalan azərbaycanlı əhali Azərbaycan SSR-ə pənah gətirdi bu da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu.

Mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi düşmən siyasəti nəticəsində genişlənən Ermənistanın hərbi təcavüzü onu milli azadlıq mübarizəsinə qaldırdı. 1990- il yanvarın 20- SSRİ prezidenti M.S.Qorbaçov ermənilərin ərazi iddialarına qarşı etiraz edən Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərinə SSRİ Azərbaycan SSR-in konstitusiyaları respublikanın suveren hüquqları pozularaq qoşun yeridilməsi haqqında fərman verdi Azərbaycan xalqına qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990- il yanvarın 21- Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətinin M.S.Qorbaçovu Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində ittiham etdi onun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz olaraq Heydər Əliyev 1990- ilin iyulunda Sov.İKP sıralarını tərk etdiyini bəyan edərək Vətəni Azərbaycana qayıtdı. Respublika rəhbərliyi Heydər Əliyevin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün hər cür təxribatlara əl atıldı o terror aktı ilə hədələndi. Həyat üçün real təhlükənin mövcud olduğunu hiss edən Heydər Əliyev Naxçıvan MR-na getməyə məcbur oldu. O, 1990-1993- illərdə ağır blokada şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-nın yaşaması, onun sərhədlərinin qorunması üçün mümkün olmayanı mümkün etdi. Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox sərt məzmunda məruzə ilə çıxış etdi o zaman Azərbaycan dövlətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını söylədi. Lakin onun irəli sürdüyü tədbirlər respublika rəhbərliyi tərəfindən qəbul edilmədiyi üçün çox qısa bir zaman ərzində Azərbaycan xalqına düşmən tərəfindən çox ağır zərbələr vuruldu. 1992-ci il fevralın ortalarında Ermənistanın hərbi quldur dəstələri növbəti dəfə Xocavənd rayonunun Qaradağlı kəndinə güclü hücuma keçdilər. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini 54 sakinini vəhşicəsinə qətlə yetirərək onları silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təcavüzkar Ermənistan "dövləti" Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8- "Krasnovodsk-Bakı" dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28- Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-cu il iyulun 14-dən 1994- il mayın 7-nədək 206 terror aktı həyata keçirilmişdi. Erməni quldurları Rusiya Federasiyası MN- məxsus Xankəndindəki 366- mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqımı faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25- axşam saat 21- erməni hərbi birləşmələri, 366- alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideyninin itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi qəddarlıq amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir. Bütün bu dəhşətləri görən 366 alayın 02270 saylı xüsusi şöbəsinin rəisi polkovnik V.R.Savelyev RFMN Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə, BMT Avropa Şurasına ünvanlandığı müraciət məktubunda (hesabatında - C.B.) Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir: "Mən məndən on addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım edə bilmədim. Mən Allahın məni cəzalandıracağı o gündən qorxuram. Lənətlənmiş günlər bir-birini əvəz edirdi". Hadisələri ilk olaraq vidiolentə olan Azərbaycan jurnalistləri Seyidağa Mövsümlü Çingiz Mustafayev çəkdikləri videogörüntülərdən məlum oldu ki, "öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi". Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular".

1992-ci il martın 10-da RF-nın prezidenti B.Yeltçinin ünvanına Daxili işlər naziri Yerin məktub göndərir Xocalı hadisəsi ilə bağlı görüşmək istədiyini bildirir məktuba Xocalı faciəsi ilə bağlı videokasseti əlavə edir. General Yerin B.Yeltçinə yazırdı: "Xocalıda uşaqları, qadınları qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi soyulmuşdur". Videolentdə RF MN 366 alayının cinayət hərəkətləri qeydə alınmışdı. Bu sözlər N.Qavrilovun 1998-ci ildə Sanktpeterburqda nəşr olunan "Voennıe vedomosti" jurnalının 96- səhifəsindən götürülmüşdür. B.Yeltsin videokassetə baxdıqdan sonra xüsusi sərəncam (№ 0219/21-OD-1992.III.12 - C.B) imzaladı bu sərəncama əsasən bu videogörüntülərin RF ərazisində göstərilməsi qadağan edildi. Erməni quldurları Rusiya Federasiyasının hərbi dairələrinin köməyinə arxalanaraq 1993- ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış nəticədə Azərbaycan Respublikasının 1 mln. 10000-dən çox vətəndaşı öz ölkəsində qaçqına çevrildi. Hərbi təcavüz nəticəsində 100 000 nəfər yaralanmış, 50 000 şikəst olmuş, 20 min nəfər şəhid olmuş 4853 nəfər itkin düşmüş onlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783 nəfər isə indiyə qədər əsirlikdədir. Bütövlükdə isə "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın 1 yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən əsir, itkin düşmüş girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbiçi ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız uşağı - C.B), 247 nəfər nəfər qadın, 347 nəfər yaşlı şəxsdir ki, onlardan 149 nəfəri qadındır. Bu günədək əsir girovluqdan 1309 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1056 nəfəri kişidir. Qeyd etmək lazımdır ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız uşağı - C.B), 289 nəfərin yaşlı şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə Dövlət Komissiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir girovluqda qətlə yetirildiyi ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin yalnız adı məlum olduğu halda, onlardan 74 nəfərin adı məlum deyildir. 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının keçmiş DQMV-nin ərazisi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993- il aprelində Kəlbəcər rayonunun işğalı ilə Azərbaycan Respublikasına qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993- il iyulun 24-dən oktyabrın 28-dək Rusiya Federasiyasının hərbi-siyasi yardımı ilə Ermənistan Respublikası silahlı qüvvələri Azərbaycan Respublikasının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı Zəngilan rayonlarını işğal etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi təcavüz nəticəsində Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayonundan 60000, Qubadlı rayonundan 87900, Zəngilan rayonundan isə 39.500 nəfər Azərbaycan Respublikası vətəndaşı məcburi köçkün vəziyyətinə düşdü. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə çevrildi. BMT-nin -nın Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi 30 aprel 1993- il tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr 874 12 noyabr 884 saylı qətnamələr 1992-ci ildə yaradılmış Minsk qrupunun bütün səylərinə baxmayaraq yerinə yetirilməmiş olaraq qaldı. Lakin 28 illik fasilədən sonra 2020-ci il sentyabrın 27- Azərbaycan xalqı Vətən müharibəsinə başlayaraq bu qətnamələri rəhbər tutaraq öz ərazilərini erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Qeyd etmək lazımdır ki, artıq 1992-ci ildən bu münaqişə beynəlxalq münaqişəyə çevrildiyi üçün, həmin il mart ayının 24- münaqişənin tənzimlənməsi üzrə 9 dövlətin daxil olduğu Minsk qrupu yaradıldı. 1993- il iyunun 4- Azərbaycan Respublikasında baş verən hərbi-siyasi böhran ölkədə ilk növbədə cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirdi. 1993- il iyunun 15- Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi Azərbaycan xalqının ictimai-siyasi sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. Lakin, buna baxmayaraq, 1993- ilin iyulundan-noyabrınadək Ermənistanın hərbi təcavüzünün genişlənməsi nəticəsində yeddi rayonumuz işğal olundu.

Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində düşmənə ağır sarsıdıcı zərbələr vuruldu, işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi o 1994- il mayın 12- atəşkəs imzalama məcbur edildi. Ermənistanın 1988-1994- illərdə həyata keçirdiyi işğalı nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi 6 min sənaye, kənd təsərrüfatı başqa müəssisə, ümumi sahəsi 9 mln. kv/m olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı 44 məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur. Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 60 milyard ABŞ dollarından (1994- ilin qiyməti ilə - C.B.) çoxdur. Hazırda 2011-ci ilin qiymətləri ilə hesabladıqda vurulan zərərin miqdarı 300 milyard təşkil edir. Bundan əlavə, Ermənistan Respublikası "dövləti" sərhədyanı rayonlarında xeyli miqdarda birbaşa maddi zərər vurulmuşdur. Bu rəqəmin miqdarı 1994- il üçün qiymətlərlə 1389233500 ABŞ dolları təşkil edir. Belə ki, bu bölgələrdə yerləşən rayonların icra hakimiyyətlərinin verdikləri məlumatlara görə işğal nəticəsində vurulmuş birbaşa maddi zərər rayonlar üzrə ABŞ dolları ilə aşağıdakı kimi olmuşdur. Tərtər keçmiş Ağdərə rayonları üzrə - 799295100 dollar, Qazax rayonu 327529464 dollar, Tovuz rayonu - 189873420 dollar, Ağcabədi rayonu - 22420050 dollar, Ağstafa rayonu - 1998950 dollar, Beyləqan rayonu-3812500 dollar, Gədəbəy rayonu - 44303800 dollar. Beləliklə, Ermənistan "dövləti"nin hərbi təcavüzü işğalı nəticəsində Azərbaycan Respublikasına vurulmuş 60 milyarddan artıq maddi zərərin 28066 milyard ABŞ dolları keçmiş DQMV ilə qonşu olan hazırda işğal altında olan 7 rayona, 1389233284 ABŞ dolları isə cəbhəyanı Ermənistan Respublikası ilə həmsərhəd olan rayonlara vurulmuşdur. Qeyd etmək lazımdır ki, Naxçıvan MR-na vurulan maddi zərər buraya daxil edilməmişdir.

Bütün mövcud təkzibolunmaz faktlar təsdiq edir ki, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tətbiq edilən deportasiya, etnik təmizləmə soyqırımı siyasəti nəticəsində Şimali Azərbaycan 1918-1929-cu illərdə 29,8 min km2 ərazisini itirmiş, 1991-1993- illərdə 20% ərazisi işğal edilmişdi. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Milli Məclisi 1992-ci il fevralın 25-26-na keçən gecə erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında qərar qəbul etdi fevralın 26- "Xocalı soyqırımı günü" elan edildi. AR MM bu qərarı əsasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26- saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı bu fərmana uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi 31 mart 1998-ci il tarixdə Azərbaycanlıların soyqırımı günü elan edilməsi ilə əlaqədar bəyanat qəbul etdi. 2009-cu ildə Heydər Əliyevi Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyası Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" Beynəlxalq Təbliğat Məlumatlandırma Kompaniyası təşkil olundu. Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!" kampaniyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014- il fevralın 13- "Xocalıya ədalət!" kampaniyasının keçirilməsinə dair tədbirlər haqqında sərəncam imzaladı. Son illər ərzində beynəlxalq arenada aparılan uğurlu təbliğat işləri nəticəsində bir çox dünya ölkələrinin parlamentləri Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayəti Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayəti kimi tanıdı. 2016- il aprelin əvvəlində işğalçı Ermənistan tərəfindən törədilən təxribata sarsıdıcı cavab verən Azərbaycan Ordusu əks-hücuma keçərək işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etdi. Bu, işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində ilk genişmiqyaslı hərbi addım idi. 2020-ci il iyulun 12- sentyabrın 27- erməni faşizminin törətdiyi hərbi cinayətlərə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkə ərazilərini erməni nasistlərindən təmizləmək ölkənin ərazi bütövlüyünü təmin etmək haqqında qərar qəbul etdi. 27 sentyabr tarixindən başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu tərəfindən düşmənə sarsıdıcı zərbələr endirildi ölkənin Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər Kəlbəcər rayonlarının böyük hissəsi Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan Ordusu 2020-ci il noyabrın 10-da təslim olmaq aktına imza atmağa məcbur edildi.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2020-ci il Fərmanı ilə 27 sentyabr ölkədə Anım günü, 8 noyabr isə Zəfər günü elan edildi. 2020-ci il dekabrın 10-da Bakı şəhərinin Azadlıq Meydanında "Qələbə" paradı keçirildi. Bütün tarixi, hüquqi faktiki sənədlərə əsaslanaraq gəlinən nəticə aşağıdakılardan ibarətdir: Erməni faşizminin Azərbaycan xalqına qarşı yetirdiyi deportasiya, etnik təmizləmə, soyqırımı işğalçı siyasəti nəticəsində insan hüquqları sahəsində qəbul edilmiş çoxsaylı beynəlxalq müqavilələrdə əksini tapmış normalar, o cümlədən BMT Baş Assambleyasının 260 (III) A Qətnaməsi (179-cu plenar iclas, 9 dekabr 1948-ci il) ilə qəbul olunmuş 1991-ci ildə qüvvəyə minmiş "Soyqırımı cinayətinin qarşısının alınması cəzalandırılması haqqında" konvensiyasının "İnsan hüquqlarına dair Ümumdünya Bəyannaməsi"nin, "Mülki siyasi hüquqlar üzrə Beynəlxalq Pakt"ın, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq konvensiyanın, "İşgəncələr digər qəddar, qeyri-insani ya insan ləyaqətini alçaldan münasibətlərə qarşı ona görə cəzalandırma haqqında" konvensiyanın, "Uşaq hüquqları haqqında" konvensiyanın, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa konvensiyasının (1954- il), "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının (1970-ci il) UNESCO-nun "Ümumdünya mədəni təbii irsin mühafizəsi haqqında" Konvensiyasının (1972-ci il) "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasının (1992-ci il) bütün müddəaları pozulmuşdur.

 

Cəbi BƏHRAMOV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri,

tarix üzrə fəlsəfə doktoru, dosent.