Azərbaycan və Qazaxıstan arasında  hərbi-texniki sahədə əlaqələr müzakirə olunub
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan arasında  hərbi-texniki sahədə əlaqələr müzakirə olunub

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) də iştirak etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir.

Bu barədə AZƏRTAC-a MSN-in mətbuat xidmətindən məlumat verilib.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev fevralın 22-də Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirinin müavini Azamat Beysbekov ilə görüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Nazir Mədət Quliyev daha sonra BƏƏ-nin "Calidus" LLC şirkətinin rəhbəri Farij Mohammadla görüşüb. Görüşdə qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, digər maraq doğuran məsələlər haqda danışılıb.

Qeyd edək ki, "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı işini fevralın 24-dək davam etdirəcək.