Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
Digər xəbərlər

Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Aprelin 6-da Kişineuda Xarici İşlər Avropaya İnteqrasiya Nazirliyində Moldova-Azərbaycan idarələrarası siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

AZƏRTAC xəbər verir ki, Moldova nümayəndə heyətinə dövlət katibi Ruslan Bolboçan, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edib. Müzakirələrdə ikitərəfli münasibətlər, regional vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.

Məsləhətləşmələr zamanı Moldova-Azərbaycan əməkdaşlığının gündəliyində duran aktual məsələlər müzakirə edilib, tərəflər son vaxtlar intensivləşmiş ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə daim gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər. Bu kontekstdə hər iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin yüksək səviyyədə təşkilinə maraq təsdiq edilib.

Eyni zamanda, həmsöhbətlər Moldova ilə Azərbaycan arasında sahəvi əməkdaşlığın inkişaf etdirilməsi səylərinin vacibliyini qeyd ediblər, qarşılıqlı fəaliyyət istiqamətləri arasında, xüsusilə enerji, ticarət-iqtisadi, kənd təsərrüfatı investisiya sahələri vurğulanıb.

Bu mənada Moldova-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının platformasında dialoqun davamlı şəkildə təşviq edilməsinin mümkünlüyü qeyd edilib.

Məsləhətləşmələrin iştirakçıları suverenlik ərazi bütövlüyünə qarşılıqlı dəstəyin təsdiqlənməsi, regional təhlükəsizliyə yönəlmiş hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə iki ölkə arasında BMT, Avropa Şurası, GUAM kimi beynəlxalq regional platformalarda əməkdaşlığın gücləndirilməsində maraqlı olduqları təsdiqlənib.