Azərbaycan və Latviyanın XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
Siyasət

Azərbaycan və Latviyanın XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər Azərbaycan ilə Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

AZƏRTAC