Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları davam edir
Digər xəbərlər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları davam edir

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında may ayının 1-dən başlanmış danışıqlar bir neçə gün davam edəcək.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Görüşdə diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə edirlər.

“Respublika”.