Azərbaycan üzgüçüsü Rəşad Alquliyev beynəlxalq turnirin finalına yüksəlib
İdman

Azərbaycan üzgüçüsü Rəşad Alquliyev beynəlxalq turnirin finalına yüksəlib

Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü Rəşad Alquliyev 200 metr məsafəyə qarışıq üsulla yarışın A finalına vəsiqə qazanıb.

Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.

Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.

AZƏRTAC