Azərbaycan-Türkiyə: hər zaman bir-birinin yanında
Türk dünyası

Azərbaycan-Türkiyə: hər zaman bir-birinin yanında

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan bu görüşün Şuşada keçirilməsi nəzərdə tutulurdu. Lakin Azərbaycan Prezidenti bu görüşün dəhşətli zəlzələlər nəticəsində çətin günlər keçirən qardaş ölkəyə dəstək məqsədilə Ankarada keçirilməsini təklif etdi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub. Ankara Bəyannaməsi adlanan bu bəyannamə üzv ölkələrin milli maraqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Sənəddə qeyd olunduğu kimi, üzv ölkələr baş vermiş zəlzələlərdən sonra bərpa-yenidənqurma işlərində Türkiyə xalqı hökuməti ilə həmrəylik ifadə ediblər zəlzələlərdən zərərçəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını bildiriblər.

Zirvə görüşünün ən böyük uğurlarından biri Türk Dövlətləri Təşkilatının fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılıq Mülki Müdafiə Mexanizminin yaradılması haqqında saziş oldu. Bildiyimiz kimi, qardaş Türkiyənin keçirdiyi çətin günlərdə Türkiyəyə göndərilən xilasedicilərin sayına görə, Azərbaycan ilk sırada idi. İlk yardım əlini uzadan ölkə elə məhz Azərbaycan olub. Bu, Azərbaycan-Türkiyə arasında əbədi dostluğun bariz bir nümunəsidir. Sammitdə cənab Prezident qeyd etdi ki, Türkiyənin çətin günlərində TDT ölkələrinin toplanması vacibdir.

Yaxın günlərdə Belçikada "Türkiyə Suriyadakı insanlar üçün birlikdə" adlı Beynəlxalq Donorlar Konfransı keçirildi. Brüssel şəhərində baş tutan tədbirdə ölkəmiz zəlzələdən zərərçəkmiş bölgədə bərpa-quruculuq yenidənqurma işlərinin aparılması məqsədilə 100 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırdığını elan etdi. Ayrılan maliyyə vəsaiti ilə qardaş ölkədə yaşayış binaları, sosial obyektlər təhsil ocağının inşası nəzərdə tutulub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, gözlənildiyi kimi, Türkiyəyə ilk yardımı da Azərbaycan göndərdi: "Türkiyədə son illər baş verən təbii fəlakətlərdə olduğu kimi, yenə ilk dəstəyini Azərbaycan göstərdi. Bu, bir millət, iki dövlət olduğumuzun göstəricisidir".

Qeyd edək ki, baş vermiş dəhşətli zəlzələlərin ardından Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsasən Türkiyəyə dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyətlər, könüllülər, eləcə müxtəlif təyinatlı humanitar yardımlar göndərildi. Bunların sırasında 940 nəfər xilasedici, tibbi personal, könüllü dəstələri, 5 min tondan çox humanitar yük ölkəmizdən Türkiyəyə yola salınıb. Bununla yanaşı, qardaş ölkədəki zəlzələ bölgəsində fəaliyyət göstərən aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından çox maddi yardım edilib. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz xalqımız həmişə olduğu kimi, bundan sonra da Türkiyənin yanındadır. Azərbaycan illər boyunca hər bir çətin anında Türkiyəyə dəstəyini əsirgəməyib. Eynilə qardaş Türkiyə hər zaman yanımızda olub. 44 günlük Vətən müharibəsində Türkiyə bunu sübut etmişdi. Türkiyə-Azərbaycan dostluğu sarsılmaz əbədidir.

Nəzrin CAVADZADƏ,

"Respublika".