Azərbaycan Türkiyə Cümhuriyyətinin genişmiqyaslı ağacəkmə aksiyasına 111 min ağac əkməklə dəstək olacaq
Sosial həyat

Azərbaycan Türkiyə Cümhuriyyətinin genişmiqyaslı ağacəkmə aksiyasına 111 min ağac əkməklə dəstək olacaq

 “Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulacaq və böyük məmnuniyyətlə bu nəcib aksiyaya töhfə verəcək.

Bu  barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Türkiyənin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ölkə ərazisində 11-ci ayın 11-ci günündə ümumilikdə 111 min ağac əkiləcək və beləliklə, bu, “Gələcəyə nəfəs ol!” şüarı altında qardaş ölkənin keçirdiyi böyük aksiyaya simvolik töhfəmiz olacaq. Genişmiqyaslı ağacəkmə tədbirləri böyük coşqu ilə Qarabağ bölgəsində də keçiriləcək və təkcə Zəngilan rayonu ərazisində 1111 ədəd müxtəlif cinsli ağac əkiləcək, toxum səpiləcək.

Kamil İSMAYIL,

“Respublika”.